İlk raundu öndə (4:2) başa vuran Məhəmməd Abdülhəmidov ikinci raundda hesabı 12:5-ə çatdırmaqla, rəqibini nokdauna salıb. O, üçüncü raundda da üstünlüyünü əldən verməyib və döyüşü 22:17 hesabı ilə başa vurub. Abdulhəmidov bu qələbə ilə 1/4 finala yüksəlsə də, sonradan Hakimlər Kollegiyasının qərarına əsasən olimpiadanın rəsmi saytında yaponiyalının qalib olduğu göstərilib.
Bu görüş həqiqətən də biabırçılıq idi. Yaponiyalı idmançının qələbəyə haqqı çatırdı.