Bülent Arınç Ziyareti 2_2

2012-02-24 32

22 Fevral 2005 tarixində TBMM-nin keçmiş sədri Bülent Arınç Qafqaz Universitetini ziyarət etmişdir. Ziyarət əsnasında universitetlə geniş tanış olan türkiyəli qonaq daha sonra universitetin akt zalında tələbələrlə görüşmüşdür. İlk olaraq açılış sözü ilə çıxış edən universitetin rektoru prof. Erol Oral qonaqları salamladıqdan sonra universitet haqqında geniş məlumat vermişdir. Beynəlxalq olimpiyadalarda yüksək yer tutmuş Çağ Ğyrətim tələbələrinə mükafatlar təqdim olundu.Mükafatları təqdim edən TBMM sədri Bülent Arınç daha sonra tələbələr qarşısında çıxış etdi və tələbələri maraqlandıran sualları cavablandırdı.Sonda qonağa universitetin xatirə plaketi təqdim olundu.