Durmuş Yılmaz Seminer AZ TV

2011-10-24 44

22.10.2011 Dünən Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib. Budəfəki seminarın mövzusu 2008-ci il maliyyə böhranının dünya iqtisadiyyatına təsiri ilə bağlı olub. Bu gün təşkil olunan seminarın qonağı Türkiyə Respublikasının Prezidentinin baş müşaviri Durmuş Yılmazdır. O, ilk olaraq Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı təbriklərini çatdırıb. Daha sonra isə türkiyəli qonaq iqtisadi mövzuda geniş məruzə ilə çıxış edib. Natiq “2008-ci il qlobal maliyyə böhranı, bu böhrandan çıxarılan dərslər və yeni maliyyə böhranına qarşı görüləcək tədbirlər” adlı məruzəsində bildirib ki, bu gün dünya iqtisadiyyatı güclü şəkildə inkişaf edir. 2008-ci ildə baş vermiş dünya maliyyə böhranı bir çox nəhəng dövlətlərə çox böyük maliyyə itkilərinə səbəb olmuşdur.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=36450