Qafqaz Universiteti Mezun 2011 AZ TV news

2011-06-10 1

“Qafqaz Universiteti ümummilli lider Heydər Əliyevin əsəridir. O, uca insan Türkiyə universitet modelini Azərbaycana gətirmək üçün 1993-cü ildə bu universitetin fəaliyyətə başlamasına təkan vermişdir” bu sözləri dünən Qafqaz Universitetinin 14-cü buraxılış, 2010-2011-ci tədris ili məzunlarına həsr olunmuş “İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya” adlı məzuniyyət proqramında çıxış edərkən universitetin rektoru Ahmet Saniç söylədi.
Daha sonra söz Təhsil Nazirinin müavini Elmar Qasımova verildi. Nazir müavini çıxışında universitetin professor və müəllim kollektivinə təşəkkürünü bildirərək üzünü məzunlara tutaraq bunları dedi “İnanıram ki, bitirdiyiniz bu təhsil ocağı sizin həyatınızda unudlmayacaq izlər buraxıb. Dünyanın hansı bölgəsində olursunuzsa olun öz universitetinizi yaddan çıxartmayın”.