Seyyid Taleh Boradigahinin yeni ilahisi "Ya Rəsuləllah " YouTube'da yayında.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi
Mus : Fahd Ballan’ın ifasından götürülmüşdür.
Aranjıman : İsmayıl Ergenler
Nəğmənin ilk ifaçısı əziz dostum Ali Kaçana təşəkkür edirəm
Ya Rəsuləllah, ya Nəbiyyəllah
Eşqiylə səni zikr eylər
Yerlər-göylər
Sənə aşiq olub könlüm binadan, ya Rəsuləllah, Ölüncə dönmərəm sidqu vəfadan, ya Rəsuləllah.
Səmimi aşiqəm, fəxrim - vüqarımdır sənin eşqin. Uzaqdır bu sevən könlüm riyadan, ya Rəsuləllah.
Nə xoşbəxtəm ki, dünyada sənin tək sevgilim vardır,
Neçin qorxum qiyamətdə cəzadən, ya Rəsuləllah.
Dönərsəm səndən,ey istəkli sultanım,üzüm dönsün,
Üzülsün rişteyi - canım cəfadən, ya Rəsuləllah.
İlahi bir ziya vermiş sənə öz zati - pakindən,
Cahan nura boyanmış o ziyadan, ya Rəsuləllah.
Bəlakeş ümmətinçin iltimas et dərgəhi haqqdan
Xilas olsun müsəlmanlar bəladan, ya Rəsuləllah.
Bütün dünyada islamın şüarı bərqarar olsun, Təmənna eyləyir Ənvər Xudadən, ya Rasuləllah.
Facebook
http://wedia.link/7uUqF
instagram
http://wedia.link/p3N5X
Tiktok
http://wedia.link/C7OzV
Twitter
http://wedia.link/ZuDU3
Telegram
https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #YaResulellah #SeyyidTaleh
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!