Seyyid Peyman Boradigahi yeni mərsiyyəsi "Ey Vətən Qurbanları" YouTube'da yayımda.
Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi
Ey Vətən qurbanları bizdən salam olsun sizə
Səngərin aslanları bizdən salam olsun sizə
Mərhəba əynizdən hürriyyət libasın soymadız
Canidən doyduz vəli cananidən siz doymadız
İmtahan mərdanə verdiz səngəri boş qoymadız
Bağladız peymanları bizdən salam olsun sizə
Zahirən torpaqlar altdında yatıb gül peykəriz
Batinən Peyğəmbərə mehmandı ruhi əthəriz
Başınız üstə gəlib can tapşıranda rəhbəriz
Ey Hüseyn mehmanları bizdən salam olsun sizə
Siz həmin azadəsiz meydana getdiz gəlmədiz
Ermənilər cənginə mərdanə getdiz gəlmədiz
Bu Vətən eşqilə Siz meydanə getdiz gəlmədiz
Dərdlərin dərmanları bizdən salam olsun sizə
Facebook
http://wedia.link/7uUqF
instagram
http://wedia.link/p3N5X
Tiktok
http://wedia.link/C7OzV
Twitter
http://wedia.link/ZuDU3
Telegram
https://t.me/seyyidtalehbakui
(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.
Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.
#SeyyidTalehBoradigahi #SeyyidPeymanBoradigahi #EyVetenQurbanları