<" /> <"/>

Seyyid Taleh - Ya Hüseyn, vay Hüseyn - Mərsiyyə - Ərbəin

2024-08-27 2

Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Ya Hüseyn, vay Hüseyn " YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Baki
Mus : anonim, (Qədim mərsiyyə)
Rəcəzxan : Qolamreza Qolizade
Aranj : Fəriborz Xatəmi
Rejissor : TİME & Mehran Muhammadi


Ey şəhi dövran oğul, ya Huseyn, vay Huseyn
Ümmətə qurban oğul, ya Huseyn, vay Huseyn

Şimrin oğul xəncəri, ya Huseyn, vay Huseyn
İncitdi Peyğəmbəri, ya Huseyn, vay Huseyn
Bəslədiyim peykəri, ya Huseyn, vay Huseyn
Doğradi üdvan oğul, ya Huseyn, vay Huseyn

Oldu qaranlıq hava, ya Huseyn, vay Huseyn
Titrədi ərşi Xuda, ya Huseyn, vay Huseyn
Kəsdi çü Şimri dəğa, ya Huseyn, vay Huseyn
Başını daldan oğul, ya Huseyn, vay Huseyn

Oldu Qiyamət əyan, ya Huseyn, vay Huseyn
Yer üzünə yağdı qan, ya Huseyn, vay Huseyn
Kəsdi əlin Sariban, ya Huseyn, vay Huseyn
Dərdinə qurban oğul, ya Huseyn, vay Huseyn

Qandan elə dəstəmaz, ya Huseyn, vay Huseyn
Yerdə otur qıl namaz, ya Huseyn, vay Huseyn
Bir elə razu niyaz, ya Huseyn, vay Huseyn
Əhd ilə peyman oğul, ya Huseyn, vay Huseyn

Yoxdu əza saxlayan, ya Huseyn, vay Huseyn
Başa vurub ağlayan, ya Huseyn, vay Huseyn
Gözlərini bağlayan, ya Huseyn, vay Huseyn
Ölsun anan can oğul, ya Huseyn, vay Huseyn

Öldu Əli Əkbərin, ya Huseyn, vay Huseyn
Qasimi gül peykərin, ya Huseyn, vay Huseyn
İçmədi su Əsğərin, ya Huseyn, vay Huseyn
Verdi susuz can oğul, ya Huseyn, vay Huseyn

Yetdi xəzan güllərə, ya Huseyn, vay Huseyn
Qəm qaldı bülbüllərə, ya Huseyn, vay Huseyn
Düşdü bacın çöllərə, ya Huseyn, vay Huseyn
Soldu gülüstan oğul,ya Huseyn, vay Huseyn

Oğlu ölüb Zeynəbin, ya Huseyn, vay Huseyn
Qəlbi dolub Zeynəbin, ya Huseyn, vay Huseyn
Məhmil olub Zeynəbin, ya Huseyn, vay Huseyn
Naqəyi üryan oğul, ya Huseyn, vay Huseyn

Bülbülü qəm Bakinin, ya Huseyn, vay Huseyn
Bəhri ələm Bakinin, ya Huseyn, vay Huseyn
Eylə kərəm Bakinin, ya Huseyn, vay Huseyn
Dərdinə dərman oğul, ya Huseyn, vay Huseyn


Klipə maddi dəstəyinə görə ⬇️

TİME TOUR TURKEY
HOTEL VE TUR HİZMETLERİ
İTHALAT İHRACAT
00905072298000
كارگزار مستقيم هتل هاي تركيه
time@timetour.com.tr
İnstagram: @Timetour_turkey ə təşəkkür edirik


Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

Telegram
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #YaHuseynVayHuseyn #SeyyidTaleh

Free Traffic Exchange