Fariborz Khatami & Seyyid Taleh - Zeynəb Gəzərdi Heyran/Mərsiyyə 2020

2024-08-23 0

Fariborz Khatami & Seyyid Taleh Boradigahinin yeni ilahisi "Zeynəbi Kübra Mənəm " YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Əbulhəsən Raci
Mus : (Qədimi mərsiyyə olduğu üçün bilinmir)
Aranj : Fəriborz Xatəmi

Sözləri

Zeynəb gəzərdi heyran, meydani Kərbəlani
Gördü düşübdü bisər, sultani Kərbəlani

Çün gördü parə-parə, ol şahi kəm sipahi
Tutdu üzün səmayə, ərz eylədi ilahi
Bu noi öldürəllər, aləmdə hansı şahi
Salmış nə hala gör Şimr, mehmani Kərbəlani

Hər yerdə əhli aləm, bu rəsmidir cahanda
Qurbana su verərlər, başın kəsən zamanda
Bu Şimri bi mürüvvət, bu purxətər məkanda
Ləb teşnə kəsdi amma, qurbani Kərbəlani

Dindir qəmim olubdur, həddən ziyada qardaş
İstir Səkinə getsin, Şamə piyada qardaş
Çox zülmlər olundu, Kərbubəla da qardaş
Məhşərdə Xaliq etsin, divani Kərbəlani

Damadi namuradın, biçarə novərusi
Göz yaşını tökərdi, rüxsarə novərusi
Qalmışdı qətligəhdə, avarə novərusi
Gördü düşübdü nəşi, canani Kərbəlani

Zülfün yolub deyərdi, ey namurad əmoğlu
Bir ləhzə olmadım mən, dünyada şad əmoğlu
Bu ruzigar əlindən, fəryadu dad əmoğlu
Saldı nə tez araya, hicrani Kərbəlani

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #FeriborzXatemi #ZeynebGezerdiHeyran

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!