Seyyid Taleh - Qara Gey Səslə Ya Hüseyn (Official Video)

2024-08-23 0

Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Qara Gey Səslə Ya Hüseyn" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Ustad Kəlami
Mus : Anonim
Aranjiman : Fəriborz Xatəmi
Rejissor : Mehti Atam
Studyo xərclərinə yardım : Məhbubə xanım

Klip İstanbul-HALKALİ-ZEYNEBİYE adlanan yerdə çəkilib. Klipin ərsəyə gəlməsində göstərdiyi təmənnasız xidmətə görə DORUK medyaya, xususi ilə Hüseyin Atam bəyə ve Zeynebiye camaatına dərin təşəkkürümü bildirirəm! Mənim əlim boşdur, kərəm sahibləri sizin mukafatınızı versin !!!

Sözləri

Yenə mahi əza gəlir,
Yanan ürəkdən nəva gəlir.
Yel əsəndə ürəklərə,
Səfayi Kərbubəla gəlir.
Hamı dərdə dəva gəlir,
Hamı dərdə dəva gəlir.

Yenə əsdi qara ələmlər
Qurulubdur məclisi qəmlər
Ucalıb ərşə va Huseyn
Qara gey, səslə ya Huseyn

Xəbər ey dil ki, başlanıb
Əzayi sultani Kərbəla
Salacaq Nuhu heyrete
Hədisi tufani Kərbəla
Olacaq qibləyi Xəlil
Minayi qurbani Kərbəla
Budur elani Kərbəla
Budur elani Kərbəla

Yenə əsdi qara ələmlər
Qurulubdur məclisi qəmlər
Ucalıb ərşə va Huseyn
Qara gey, səslə ya Huseyn

Ey Əbəlfəzlin aşiqi
Gəlir məhərrəm nəvayə gəl
Tut əlindən mərizinin
Ədəblə daruş-şəfayə gəl
Alasan dərdinə dəva
Mətəblə şahi vilayə gəl
Hərəmi Kərbəlaya gəl
Hərəmi Kərbəlaya gəl

Su yanında düşən qola
Sevənlərindən salam ola
Ağamın oxlu məşginə
Salami malən kəlam ola
Dəri Abbasi də gərək
Tamami şahlar qulam ola
Ona bizdən salam ola

Yenə əsdi qara ələmlər
Qurulubdur məclisi qəmlər
Ucalıb ərşə va Huseyn
Qara gey, səslə ya Huseyn

Salıb aləmləri qəmə
O qəhramanın çətin qəmi
İki qol, bir gözün verib
Ürək də qurano din qəmi
Deli Zəhranı yandırıb
Əzizi Ummul-bənin qəmi
O kəsilmiş əlin qəmi

Yenə əsdi qara ələmlər
Qurulubdur məclisi qəmlər
Ucalıb ərşə va Huseyn
Qara gey, səslə ya Huseyn


Rəsmi kanalımıza abunə olun
http://wedia.link/UPbm1

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #QaraGeySesleYaHuseyn #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Free Traffic Exchange