Seyyid Taleh Doğum Günü münasibəti ilə onu təbrik edən sevənlərinə, təşəkkürr etdi - (02.08.2020)

2024-08-23 2

32-il bundan öncə, avqust ayının ikisi, Masallı rayonunun Boradigah qəsəbəsində, Seyyidlər ocağında bir körpə dünyaya göz açdı.

Orta məktəbinə Qurani kərimi və dini kitabları aparıb, mütaliə eden.. tənəffüs vaxtında sinif yoldaşlarına mərsiyyə oxuyan..xırda yaşlarında ikən cənub bölgəsinin möhtərəm din xadimləri, ziyalıları ilə otur dur edən, atasından dini təhsilini alan TALE ƏSƏDOV MİRHADİ oğlu
Yəni, indi sizin tanıdığınız SEYYİD TALEH BORADİGAHİ.

Dəyərli bacı-qardaşlarım, Allahım şahiddir ki, həmişə ad günümü gizlətməyə çalışmışam. Yaxın dostlarımdan xahiş etmişəm ki, təbrik etmək istəsəniz özəldən edin.. umumidə olmasın. Lakin mən gizlətdikcə, hər il daha da çoxlu təbrik mesajları alıb, sizlərin boynuma qoyduğunuz haq ilə yüklənmişəm. Allah sizin hər birinizdən razı olsun. Tanıdım, tanımadım, kim təbrik yazıbsa və ya yazırsa əllərindən öpüb, minnətdarlığımı bildirirəm.
Allaha şükür edirəm ki, bu yaşıma kimi dilimə içki dəyməyib ! Qumar nədi bilməmişəm! Qəza namazım, orucum yoxdur! Ən başlıcası da, uşaqlıqdan nəfəsimi, seəsimi qoruyub ancaq Əhlibeytə (a,s) sərf etmişəm. Başqa sənətdə olub sonradan bu sənəti seçməmişəm.. bütün bunlara görə, ruhani, alim ATA-ma borcluyam!
Allah mənə son nəfəsimə qədər sizlər üçün imam Hüseynden oxumağı nəsib etsin Ən böyük arzum mərsiyyəni, məddahlığı məsciddə saxlamamaq, dünya səhnələrinə çıxartmaq.. dinləyici kütləmin ancag dindar yox, qeyri dindarında diqqətini çəkib, ona islami, Peyğəmbəri ve pak Əhlibeytini sevdirməkdir.
Bu yolda mənə üz verən her müsibətə, hər çətinliyədə razıyam. Yetər ki, hədəfimə nail olum.. necə ki, buracan nail olmuşam ☺️


Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi


Facebook
https://www.facebook.com/seyyid.taleh/?

instagram
https://www.instagram.com/seyyidtalehboradigahi/

Tiktok
https://www.tiktok.com/@seyyidtalehboradigahi

Twitter
https://x.com/taleasadov?s=11

Telegram
https://t.me/seyyidtalehbakui

#SeyyidTalehBoradigahi #SeyyidTaleh #DogumGunu

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Free Traffic Exchange