Rusiya bu ölkələrdə hərbi bazasını yarada bilər

2019-02-05 0

Cənub-şərqi Asiyadan tutmuş Cənubi Amerikaya qədər bir çox ölkələrin hakimiyyətləri öz ərazilərində Rusiyanın dəniz və quru qoşunlarının hərbi bazalarını yerləşdirməyə hazır olduqlarını təsdiqləyiblər.












♦♦ Onlardan bəziləri Rusiyaya uçuşlar üçün bütün infrastrukturdan istifadə etməyi təklif ediblər.

Qalanews.com xəbər verir ki, bu barədə "Çarqrad" nəşri yazıb.

Nəşr iddia edib ki, bu dövlətlərdən birincisi Liviyadır. Ölkənin hazırda böyük bir hissəsinə nəzarət edən general Haftarın özü Benqazidə Rusiya bazası yerləşdirmək istəyir. Bu şəhər Tripolidən sonra ölkənin ikinci böyük şəhəridir. Haftar Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparır. Sözügedən baza NATO-nun cənub cinahına nəzarət etmək imkanı yaradacaq və həmçinin Şimali Afrikada ən zəngin neft yataqlarına sahib ölkədə yerləşdiriləcək.

Rusiya bazasının yerləşdirilə biləcəyi ikinci ölkə Sudan ola bilər. Burada dəniz bazası da yaradıla bilər və bununla da dəniz vasitəsilə Avropaya uzanan ticarət yollarına nəzarət edilə bilər.

Misir də Rusiya ilə əməkdaşlığa tam hazırdır. Dövlətin başçısı Əbdülfəttah Sisi istənilən Rusiya hərbi təyyarəsinin Misirin bütün infrastrukturlarından istifadə edə biləcəyinə söz verib.

Cənubi Amerikada yerləşən Venesuela da ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsinə razıdır.

Rusiya hərbi bazaları ABŞ-a daha yaxın ola bilərlər. Moskva onları Mərkəzi Amerikada, Nikaraquada yerləşdirə bilər. Prezident Daniel Orteqa 1986-cı il hadisələri zamanı rusların dəstəyini yaxşı xatırlayır və buna görə də ölkəsində baza yerləşdirilməsinə razıdır.

Cənub-şərqi Asiyada Rusiya Myanmada mövqelərə sahib ola bilər. Hazırda burada rus mütəxəssislər və hərbi məsləhətçilər çalışır.

Hətta Seyşel adaları da Rusiya hərbi bazasının yaradılmasında maraqlı olduqlarını bildirib. Belə ki, Rusiya gəmiləri onsuzda mütəmadi olaraq Viktoriya limanına daxil olurlar. 1981-ci ildə isə sovet gəmiləri Cənubi Afrika hərbçilərinə burada dövlət çevrilişi etməyə imkan verməyib.

⌨ https://www.qalanews.com

▶ Xəbərdar olun ;

Hərbi
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwFLDdBJuZ-CzpbRlnxAPoka

Dünyada
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHM9wbruVFTqcnHvgYXBhp_

İqtisadiyyat
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEbZFoerG_4KTaMSz2tSZlz

Siyasət
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHEWVONCCtjzhOScTdLXHLn

Araştırma
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHRe1lSX9gpT2TwOAh0v9xJ

Hadisə
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEM-VPTwTTK8sUHYAPHXBT_

Sosial
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGg5rvqZ03uttRkthpHBa8D

Ölkə
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGONlxaOpxKlZzligbtqhf-

▶ Qala News Team - Unikal geniş miqyaslı xəbər portalı yaradan gənc proqramçılar komandasıdır.Məqsədimiz - Siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı, onlar