Bakıda hamamda “qanlı gecə”: 4 nəfər bıçaqlandı

2019-01-25 4

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda kütləvi dava baş verib.

Qalanews.com xəbər verir ki, hadisə rayonun Azadlıq prospektində, "Pak hamam" adlanan obyektdə qeydə alınıb.

Bir qrup naməlum şəxs hamama daxil olub və burada çalışan ofisiantlarla mübahisə edib.

İçkili olduqları iddia edilən həmin şəxslər bir müddət sonra yenidən hamama qayıdıblar. Bu dəfə özləri ilə gətirdikləri kəsici və küt alətlərlə ofisiantlara hücum ediblər.






♦♦ Nəticədə, dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan 1994-cü il təvəllüdlü Əhmədli Nazim və digər yaralı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

1999-cu il təvəllüdlü Quliyev Sahib və 1999-cu il təvəllüdlü Kərimli İsa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

⌨ https://www.qalanews.com

▶ Xəbərdar olun ;

Hərbi
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwFLDdBJuZ-CzpbRlnxAPoka

Dünyada
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHM9wbruVFTqcnHvgYXBhp_

İqtisadiyyat
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEbZFoerG_4KTaMSz2tSZlz

Siyasət
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHEWVONCCtjzhOScTdLXHLn

Araştırma
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwHRe1lSX9gpT2TwOAh0v9xJ

Hadisə
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwEM-VPTwTTK8sUHYAPHXBT_

Sosial
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGg5rvqZ03uttRkthpHBa8D

Ölkə
https://www.youtube.com/playlist?list=PLNeFyUUButwGONlxaOpxKlZzligbtqhf-

▶ Qala News Team - Unikal geniş miqyaslı xəbər portalı yaradan gənc proqramçılar komandasıdır.Məqsədimiz - Siyasi mövzulara diqqət yetirməklə yanaşı, maraqlı xəbərlərdə də keyfiyyətli məzmun təmin etməkdir. Bizim fərqimiz ondadır ki, saytımızda xəbərləri oxumaqla yanaşı, onları dinləməkdə mümkündür. Saytımızı inkişaf etdirməyə çalışırıq.

office@hajma.org

⌨ https://www.qalanews.com