Yağış məmurları üz-üzə gətirdi: Kimdi günahkar? - Gündəlik Xəbərlər (24.09.2018)

2018-09-26 0

Yağan güclü yağış Bakının yenə kanalizasiya dərdini oyatdı. Paytaxt selin-suyun altında qaldı. Bəs, görəsən, illərlə kanalizasiyaya ayrılan pullar hara gedir? Yağış niyə Bakının kabusuna çevrilir? Hökumətin bir neçə qurumu bu yağışı təbii fəlakət adlandırıb, yağışın normadan artıq düşdüyünü bildirib. Bakı şəhər İcra Hakimiyyətinin açıqlaması isə AzərSuyun xoşuna gəlməyib. Bugünkü CANLI xəbərlərdə mövzumuz Bakıya düşən son yağıntının yaratdığı problemlərdir - Həbsdə olan gənc fəal Qİyas İbrahimov "kars"a - cərimə kamerasına salınıb. Buna səbəb kimi gənc fəal yazdığı məktubda kitab oxumasını göstərir. Qiyas "kars"ı isə "oturmağa yer olmayan çirkab içində bir kamera" kimi təsvir edir - Ermənistan paytaxtında mer seçkiləri keçirilir. "Mənim addımım" bloku bələdiyyə şurasına keçirilən seçkilərdə 81 faizdən çox səs toplayıb. Bu bloku Nikol Paşinyan dəstəkləyir - Azərbaycana daha çox turisti necə cəlb etmək olar? Turistlər deyirlər ki, ingilis dilini çox az adam bilir. Onlar yerli sakinlərlə ünsiyyətdə hətta otellərdə də əziyyət çəkirlər - Gündəlik Xəbərlərə baxırsınız:

0:50 - Eldar Əzizov AzərSu-ya qarşı. Bakını niyə su basdı?
2:57 - Həbsdəki gənc fəal kitab oxuduğuna görə cəzalandırıldığını yazır
5:58 - Ermənistanda mer seçkiləri. Paşinyanın ilk seçki qələbəsi
7:09 - Bakının kanalizasiyasının yaxşı işləməsi üçün nə çatışmır?
10:16 - Turist Bakıda ən çox nədən dad edir?

Free Traffic Exchange