GƏNCƏDƏ TERROR AKTI TÖRƏDƏN ŞƏXS ÖLDÜRÜLDÜ
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncədə polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin zərərsizləşdirilməsi ilə bağlı rəsmi məlumat yayıb. Məlumata görə Gəncədə terror aktı törədərək iki polis zabitinin qətlə yetirilməsimdə əsas iştirakçı olan Rəşad Böyükkişiyev bu gecə hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.Şəmkir rayonu ərazisində polisə silahlı müqavimət göstərən cinayətkarın məhv edildiyi söylənilir. Qeyd edək ki,Bütövlükdə cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib.Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.Xatırladaq ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində iki polis zabiti şəhid olub.Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov isə bir neçə gün əvvəl yerli əhalinin köməyi ilə tapılaraq polisə təhvil verilib.