Başından 3 güllə yarası alan Elmar Vəliyev rəsmi məlumata görə xəstəxanadadır

2018-07-04 7

Gəncə şəhər icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.

Bu barədə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.



Gəncənin icra başçısı Elmar Vəliyevə Yunis Səfərov adlı şəxsin atəş açdığı məlum olub.

Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.

İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.


Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.

Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.

Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

© Kanal13 TV istehsal etdiyi bütün video və audio məhsulları azad yayım hüquqi altında yayır (free copyright and reuse allowed) və hər bir digər yayımçı Kanal13 tərəfindən istehsal edilmiş məhsulu məzmunu dəyişdirmədən, loqonu silmədən, Kanal13-ə istinad etməklə təkrar yaya bilər. Bu halda şirkətimizdən xüsusi icazə alınmasına ehtiyac yoxdur. Lakin arzuediləndir ki, Kanal13-ə məxsus hər hansı video material youtube.com/kanal13az hesabına link verilməklə yayımlansın. Materialların qeyd edilən tələblər daxilində başqa youtube hesablarına, saytlara və ya sosial şəbəkələrə yüklənərək yayılması sərbəstdir.

Xüsusi qeyd: Şəhr bölməsində yazılan təhqir və söyüşlər silincək. Kanal13 olaraq hörmətli izləyicilərimizdən xahiş edirik ki, tənqid yazmağı təhqir yazmaqla qarışdırmasınlar və heç kimi aşağılayıcı ifadələrlə təhqir etməsinlər.

▌▌►Website:
Facebook Official Page:
Twitter:





Click & Subscribe to the main youtube Channel:

Online Radio BakuFm:
Facebook Official Page:

© KANAL13 [ Azərbaycanın ilk peşəkar internet televiziyası ] The First Internet TV of Azerbaijan

Free Traffic Exchange