Sevgilisinə Görə Qız Ozunu Asdı - Bilesuvarda facie!

2018-06-20 4

Sevgilisine bu sozleri deyib ozunu asdı! Bilesuvarda facie! Menbe: ria ria
Mayın 27-də Biləsuvar rayonunda intihar edən Səkinə Məmmədovanın intihardan öncəki videosu yayılıb. 16 yaşlı gənc qız videonu nişanlısına göndərdikdən sonra özünü tövlədə asaraq intihar edib.
Mayın 27-də Biləsuvar rayonunda intihar edən Səkinə Məmmədovanın intihardan öncəki videosu yayılıb.
Videoda 16 yaşlı qızın öz nişanlısı Tərlan adlı oğlana son sözləri yer alıb. Qız Tərlan adlı oğlanın ona xəyanət etdiyini, bu səbəbdən də münasibətlərinin bitdiyini deyir.
Qeyd olunur ki, Səkinə Məmmədova bu videonu çəkib nişanlısına göndərdikdən sonra özünü tövlədə asaraq intihar edib.
Videoda qızın depressiyada olması görünür və o dəfələrlə nişanlısının ona xəyanət etdiyini vurğulayır.
İntihar edən bu xanım Biləsuvar rayonunun Ağalıkənd kəndindəndir, 2002-ci ildə anadan olmuşdu. Hələ evlilik yaşına belə çatmayan bir qızın necə nişanlanması, niyə bu yaşdan evlilik fikirlərinin beyninə salınması və qarşı tərəfin ona niyə və nəyə görə xəyanət etməsi, ümumiyyətlə xəyanət edən bir insanla bu azyaşlı qızın niyə nişanlandırılması hələki sual doğuran məsələlərdəndir.
Çəkilən videonun internetə kim tərəfindən yayılması, bu videonun digər azyaşlılara, onların psixasına necə təsir edəcəyi haqda əsaslı olaraq sosial şəbəkələrdə tənqidlər var.
Faktla bağlı araşdırma aparılır.
Psixoloq Kərim məllim bu məsələylə bağlı öz fikirlərini öz facebook səhifəsində bölüşərək belə qeyd edib:
Psixoloq olaraq həmişə belə məsələlərə soyuqqanlılıqla yanaşmışam. Amma indi bir vətəndaş olaraq deyirəm ki, anlaşılan budur ki, valideynlər öz uşaqlarına doğru-dürüst tərbiyə vermirlər, əsl həyatı başa salmırlar. Uşaqlar yalnızca seriallara baxıb orda göstərilənlərin həqiqi sevgi olduğunu güman edirlər. Halbuki serialda göstərilən həyat qəm-qüssə və ağlaşmadan ibarətdir. O serialdakı sevgi qəhramanı olan aktyorların real həyatlarına baxsaq görərik ki, real həyatda qadınları bəlkə aşağısı ildə 4 dəfə boşanıb başqasıyla evlənir, kişiləri də onlardan geri qalmır. Hər halda ən azından müsəlmanıq. Ən azından valideynlər gərək övladlarına intiharın günah olduğunu, intihar edən şəxsin əbədi cəhənnəmlik olduğunu deyərdilər. Təssüf edirəm. Deyəcək başqa sözüm yoxdur.

Free Traffic Exchange