Məktəbliyə qarşı zorakılıq edən 11-ci sinif şagirdindən xəbər var

2018-02-17 2

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi R.C. Bakı İstintaq Təcridxanasına köçürülüb.. Oxu Report-a istinadən xəbərinə görə, fevralın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına etap edilib.. İstintaq dövründə R.C. Bakı İstintaq Təcridxanasında saxlanılacaq.
. Qeyd edək ki, R.C. 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü. (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb..

Free Traffic Exchange