ADNAN OKTAR: Qiyamət surəsi. Məkkədə endirilən bu surə 40 ayədən ibarətdir. Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. "Xeyr, qalxma (qiyamət) gününə and içirəm." İnsanlar Qiyaməti parçalanma kimi başa düşürlər, qiyamət qalxmaq mənasındadır. Qiyam- ayağa qalxma mənasındadır. "Və yenə xeyr; and içirəm özünü qınayan nəfsə". İnsanların özlərini tənqid etməyi çox faydalıdır. Çox faydalı, düzgün və uyğun olar. İnsan özünü təriflədikdə, qüsursuz göstərdikdə xəstələnər. Özünü tənqid etsə həm sevimli olar, həm seviləcək bir insan olar, həm də ruhən və cismən sağlam olar.
"İnsan, onun sümüklərini Bizim qətiyyən yığa bilməyəcəyimizi mi güman edir? Bəli; Biz onun barmaq uclarını bərpa etməyə qadirik". Allah: "İstəsəm, eyni şəkildə yaradaram deyir. "Ancaq insan, önündəki (sonsuz gələcəyi)ni də “fücurla keçirmək istəyir". "Fücurla keçirmək istəyir deyəndə: Allaha baş qaldırmaqla, fitrət və əxlaqsız davranışlarla keçirmək nəzərdə tutulur. Belə bir şey var deyir. "Ancaq insan, önündəki (sonsuz gələcəyi)ni də “fücurla keçirmək istəyir". Yəni "sonsuz gələcəyini korlamaq istəyir" deyir. "O: "Qiyamət günü nə vaxt olacaq" deyə soruşar". Baxın indi axırzamanda ən çox soruşulan suallardan biri də budur. "Amma gözlər bərələ qalacağı, ay qaralacağı", ayın qaralması iki cür ola bilər. Birincisi, səma tamamilə tüstüylə, tozla örtüldüyü üçün, ay görünməz hala gələ bilər.
İkincisi də, toqquşmanın şiddətindən, ay da bir şeylə toqquşacağı üçün, yəni dünyaya dəyən parçalar aya da dəyəcəyi üçün, ayın da o parlaqlığı yox olub, parçalanar mənasında da ola bilər. "Günəş və ay birləşəcəyi zaman", onsuz da buradan aydın olur. Yəni orbitindən çıxıb parçalanır, ayın qaralması, günəş ayı udur, günəşin ayı udmasından, ayın yox olmasından, günəşin bu hadisəni meydana gətirməsindən ötrü, ay da qaralmış olur. "İnsan o gün: "Hara qaçaq?" deyər.
Yəni böyük, çox böyük gücdə zəlzələ baş verir, adi zəlzələ kimi deyil, filmlərdə olan kimi, həqiqətən də, qaçmaq istəyirlər, avtomobilinə minir, amma yollar dağılır, körpülər uçur. “Hansı tərəfə qaçsaq doğru olar”— deyə soruşurlar. Yəni “cənuba, yoxsa şimala tərəfmi qaçaq, hansı yoldan qaçsaq bu hadisədən xilas ola bilərik" deyəcəklər, halbuki, dünyanın hər yerində baş verdiyi üçün qaçacağı bir yer yoxdur. "İnsan o gün: "Hara qaçaq?" deyər. Xe