Bu gün Azərbaycanın keçmiş prezidenti, milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin birinci sədri Əbülfə

2016-06-26 6

Bu gün Əbülfəz Elçibəyin doğum günüdür
Şənbə, 24.06.2016 03:16
GünAz TV: Bu gün Azərbaycanın keçmiş prezidenti, milli azadlıq hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin birinci sədri Əbülfəz Elçibəyin 78 yaşı tamam olur.
Əbülfəz Elçibəy 1938-ci ildə Naxçıvan mahalının Ordubad rayonunda Kələki kəndində dünyaya göz açıb. O, bir sovet (Şurəvi) müxalifi olaraq Azərbaycanın müstəqillik qazanmasında rol oynamış önəmli şəxsiyyətdir.

Elçibəy 72 illik kommunist əsarətindən sonra müstəqillik qazanmış Azərbaycanın seçkilərlə, xalq iradəsi ilə seçilən ilk prezidenti olub.

Onun prezidentliyi dövründə bir sıra tarixi nailiyyətlərə imza atılıb: sovet qoşunları ölkədən çıxarılıb, ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilib, Azərbaycanın milli valyutası dövriyyəyə buraxılıb və s.

1993-cü ildə Gəncədə qaldırılmış hərbi qiyamdan sonra postunu tərk etməyə məcbur olan Elçibəy 4 il doğma kəndi Kələkiyə gedib.

1997-ci ildə Bakıya qayıdan Elçibəy 2000-ci il avqustun 22-də Türkiyədə, müalicə olunduğu Gülhanə xəstəxanasında vəfat edib.

Mərhum Elçibəy Azərbaycanın bütüvləşməsi və türk dünyasının yaxınlaşmasına xüsusi əhəmiyyət verib, o Güney Azərbaycan Milli Hərəkatı fəalları arasında xüsusi nüfuz və hörmətə malikdir

Free Traffic Exchange