Məryəm surəsi, 66-76-cı ayələrinin təfsiri.

2016-04-28 6

ADNAN OKTAR: Məryəm surəsi, 66-cı ayə, şeytandan Allaha sığınıram: "İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?”" İnsanların böyük bir hissəsində, xüsusilə də Axırzamanda da bu iman zəifliyi çox geniş yayılmışdır. Dünya yaranandan bəri həmişə buna dair insanlarda və cinlərdə bu dərd vardır. Cinlərin də əksəriyyəti dirilişə inanmır. Divardan keçir, bir saniyə ərzində Amerikadan Türkiyəyə gəlir, amma buna baxmayaraq ruhun varlığına inana bilmir. Öldükdən sonra diriləcəyinə inanmadığını deyir. Onsuz da özü ruh halındadır, ruh kimi divardan keçir, yerin dibindən keçir, yerin mərkəzinə girib-çıxır, buna baxmayaraq “mən bu dirilişin necə olacağını başa düşə bilmirəm, buna inana bilmirəm” deyir cinlər. Bir çoxu bu cür imansızdır. “Allah: "Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımı