Ənbiya surəsi, 70, 73 -76-cı ayələrin təfsiri

2016-04-06 12

ADNAN OKTAR: 73-cü ayə, şeytandan Allaha sığınırıq.

ÖNDER ATAÇ: Şeytandan Allaha sığınıram: "Biz Öz hökmümüzlə onları doğru yolu göstərən rəhbərlər (imamlar) etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər". (Ənbiya surəsi, 73)

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, 70-ci ayə: "Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq" –deyir Allah. 73-cü ayə: "Biz Öz hökmümüzlə"-yəni Allah Təala Öz əmri ilə-"hidayətə yönəldən", hidayət nə deməkdir? İman, imana vəsilə olan hər şey. Mehdi sözü hidayət mənşəlidir, hidayət sözü, hidayətə vəsilə olan, Allahın xüsusi olaraq hidayətə çatdırdığı mənasını verər. "Hidayətə yönəldən rəhbərlər (imamlar) etdik." Yəni təbliğ edənlər. Məsələn, bax elə sizlər onl