Əraf surəsi, 196-206-cı ayələrin təfsiri

2016-04-04 13

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Əraf surəsi, 196-cı ayə: "Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır." Allah dərhal Qurana diqqət çəkir, başqa bir şeyə deyil. "O, əməlisalehlərə himayəçilik edir." Səmimi olan insanların himayədarıdır (mühafizəkarı). Kimi qoruyur Allah? Səmimi olan insanları qoruyur. 197-ci ayə: "Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər..." Yəni "Allahdan başqa etdiyiniz ibadəti boşa edirsiniz, heç bir faydası olmaz onun sizə" –deyir Allah.

198-ci ayə: "Əgər onları doğru yola çağırsanız eşitməzlər." Əgər hidayət əhli deyilsə istədiyin qədər izah et, təsir etməz. "Onları sənə baxan görərsən, halbuki onlar görməzlər.” İnsanların səhvi burada olur, baxan görüncə onu canlı zənn edirlər. Söz eşitdirə bilmədiyinə inana bilmir. Halbuki, o baxan vəziyyətdədir,