ADNAN OKTAR: Fəcr surəsi. Rəhman və Rəhim olan Allahın adıyla. Şeytandan Allaha sığınıram. 1-ci ayə: "Fəcrə and olsun." Nəyin fəcridir? Mehdiyyətin fəcri, mehdiyyət günəşi inşaAllah, işarəli mənası budur İnşaAllah.
2-ci ayə: "On gecəyə." Məhərrəm ayının onu, inşaAllah.
3-cü ayə: "Cütə və təkə." Hz. İsa Məsih (ə.s.) ilə hz. Mehdi (ə.s.) cüt. Amma bir-bir zühur edəcəklər, inşaAllah.
4-cü ayə: "And olsun keçib getməkdə olan gecəyə." Gecə gedir, qaranlıq, zülmət gedir, inşaAllah.
5-ci ayə: "Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?" Bir işarə var, inşaAllah.
6-cı ayə: "Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad (qövmünə)?
7-ci ayə: “Yüksək sütunlar sahibi İrəmə?”
8-ci ayə: “Halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.”
9-cu ayə: “(Habelə) vadidə qayaları yonan Səmud (qövmünə)&rdquo