İTV-nin əməkdaşının bacısı özünü asdı

2016-02-09 44

Bakıda intihar hadisəsi baş verib. hadisə Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb.

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 23 yaşlı Nigar Tahir qızı Vahabova yaşadığı mənzildə özünü asaraq intihar edib.

Nigar Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, 1993-cü il təvəllüdlü Nigar Vahabova Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Vahabova jurnalist, İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır. A.Vahabova bacısının ölümü ilə bağlı sosial şəbəkədəki səhifəsində status yazıb.

Free Traffic Exchange