Türkiyə İranı yenə uddu: qaz ucuz qiymətə alınacaq - MƏHKƏMƏ QƏRARI

2016-02-02 11

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin İrandan idxal etdiyi təbii qazın qiymətinin 10-15 faiz aşağı salınması barədə qərar qəbul edib.

APA TV-nin xəbərinə görə, bu barədə İranın “Shana” xəbər agentliyinə bu ölkənin qaz şirkətinin direktoru Həmidrza Araqi bildirib.

O, Türkiyənin arbitraja müraciət edərək 35,5 faiz endirim istədiyini söyləyib və məhkəmənin 10-15 faizlik endirimə qərar verdiyini vurğulayıb.

Qeyd edək ki, İrandan ildə 10 milyard kubmetr qaz alan Türkiyə qiymətin azaldılması üçün arbitraja müraciət edib. Türkiyənin dövlət şirkəti BOTAŞ daha əvvəl də İrana qarşı qaldırdığı məhkəmə iddiasında 16,5 faizlik endirim əldə etmiş və bunun nəticəsində 900 milyon dollardan çox vəsaitə qənaət etməyə nail olmuşdu.