Kabildə dəhşətli terror: 20 ölü, 29 yaralı

2016-02-02 4

Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb. APA TV-nin xəbərinə görə, hadisə Kabilin qərbində baş verib.

Terrorçu Əfqanıstan parlamentinin yanındakı polis bölməsində növbəyə dayanıb. Polis əməkdaşları intiharçı-terrorçunu binanın qapısında aşkarlayıblar. İfşa olunduğunu görən terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir. Partlayış qurbanları arasında iki polis əməkdaşı da var.

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı üzərinə götürüb.

Qeyd edək ki, son aylarda Əfqanıstanda vəziyyət kəskin pisləşib. “Taliban” və ölkədə peyda olan İŞİD silahlıları arasında üç əyalətə nəzarət uğrunda açıq savaş başlayıb.

Free Traffic Exchange