Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul etdi

2016-01-29 0

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Naftalan şəhərində vətəndaşların qəbulunu keçirib.

APA TV-nin qərb bürosunun məlumatına görə, görüşdə Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Nazir tərəfindən qəbul edilən vətəndaşın müraciətinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Free Traffic Exchange