TQDK sədri Biləsuvarda vətəndaşları qəbul etdi

2016-01-29 2

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə yanvarın 29-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində bu rayonla yanaşı, Yardımlı, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Astara rayonlarından olan vətəndaşları qəbul edib.

APA TV-nin cənub bürosunun məlumatına görə, qəbul zamanı vətəndaşlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri, təhsil haqqı, universitetlərarası tələbə köçürmələri və digər məsələlərlə bağlı TQDK sədrinə müraciətlər ediblər.

Məleykə Abbaszadə qəbulda iştirak edən vətəndaşının müraciətlərini diqqətlə dinləyərək, onların qanunvericiliyin tələblərinə uyğun həlli barədə tabeliyindəki qurumlara tapşırıqlarını verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə öz həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb və nəzarətə götürülüb.

Free Traffic Exchange