Baş prokuror Zakir Qaralov yanvarın 29-da Xızı rayon Prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, qəbulda Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşlar dinlənilib.
Baş prokuror bölgədə yaşayan vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həlli üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Gün ərzində baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.