Güclü külək, şaxta, qar - KƏSKİN SOYUQLAR BAŞLAYIR

2016-01-25 8

Yanvarın 26-da Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 şaxta, gündüz 0-2 isti, Bakıda gecə 0-2 şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-da Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir.