Türkiyə ilk dəfə Rusiyanın 2015-ci ilin noyabrından tətbiq etdiyi sanksiyalara qarşı cavab tədbirləri görməyə hazırlaşır.
APA TV-nin Rusiya mətbuatına əsasən məlumatına görə, bu sanksiyaların metallurgiya sahəsini əhatə edə biləcəyini qeyd edib.
Bu sahədən başqa Rusiya məhsullarına qarşı hər hansı məhdudiyyətlərin qoyulması ehtimal edilmir.
Xatırladaq ki, ötən il noyabrın 24-də Suriya istiqamətindən sərhədi pozan Rusiya təyyarəsinin Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulmasından sonra Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək barədə fərman imzalayıb. Yanvarın 1-dən isə tərəvəz, meyvə, gül, toyuq əti və duzun Türkiyədən Rusiyaya gətirilməsi qadağan edilib.