Gürcüstan da "donuz qripi"nə yoluxdu: 4 nəfər öldü

2016-01-25 4

Gürcüstanda "donuz qripi" virusundan (H1N1) 4 nəfər ölüb. Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında bu ölkənin səhiyyə naziri David Sergeyenko bildirib.

Nazir ölkənin bir çox bölgəsində mövsümlə əlaqədar olaraq xəstəliyin artması riski yarandığını bildirib. Qeyd edib ki, Gürcüstanda bir neçə regionda, eləcə də paytaxtda qrip xəstəliyindən ölüm halları baş verib.

Səhiyyə naziri Tiflisdə 4 tibb məntəqəsi açıldığını, bu məntəqələrdə xəstələr 24 saat təcili olaraq tibbi yardım aldığını vurğulayıb.

David Sergeyenko Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə H1N1 virusu ilə (donuz qripi) xəstələrin qeydə alınmadığını bildirib.