Dənizin dərinliklərində yaşayan qeyri-adi canlı – Dəniz kirpisi

2015-09-12 10

Dəniz kirpisi qeyri-adi görünüşə malik onurğasız canlıdır. Bədəni qabıqla örtülməyib, lakin düşmənlərindən müdafiə olunmaq üçün güclü bir silahı var: tikanlar. 
Dəniz kirpisinin tikanları hərəkətlidir, uzunluğu 30 sm-ə çatır. Bəzi növlərinin tikanları isə zəhərli olur. Bədəndən çıxan boru şəkilli ayaqlar elastik və əmici xüsusiyyətə malikdir. Dəniz kirpisi bu ayaqların köməyi ilə asanlıqla qayalara yapışır və dənizin dibində hərəkət edir. Bu borular işığı, istiliyi və sudakı titrəyişləri hiss edir. Dəniz kirpisi axınla sürüklənən planktonları bu əmici borular ilə tutur. Borular həmçinin qəlsəmə funksiyası da yerinə yetirir. Qazlar mübadiləsi və artıq maddələrin bədəndən xaric olunması həmin borular vasitəsilə həyata keçir. 
Dəniz kirpisinin ağzı bədənin alt hissəsində yerləşir. Qayaların üzərindəki yosunları dişləri ilə qaşıyaraq yeyir.
Bu canlıların çoxalma metodu olduqca maraqlıdır. Yan-yana gəldikdə eyni anda dişi yumurtaları, erkək isə spermanı axına tökür .Bu hüceyr

Free Traffic Exchange