Yumru görünüşə malik olan kirpi balığı çox yavaş hərəkət edir. Dərisi tikanlarla örtülü olur. Kirpi balığı olduqca maraqlı müdafiə metodu ilə düşmənlərindən asanlıqla xilas olur. Düşmənlə qarşılaşdıqda çox sürətlə qarnını su ilə dolduraraq şar kimi şişir. Beləliklə, normal ölçüsündən iki dəfə böyük olur və düşmənləri onu uda bilmir.
Kirpi balığının bəzi növləri isə zəhərli olur. "Tetrodoksin" adlandırılan bu zəhər kirpi balığının bağırsağında yaşayan bakteriyalar tərəfindən istehsal edilir. Əsasən, daxili orqanlarında və bağırsağında daha çox olan bu zəhərli maddə balığın bütün bədəninə yayılmışdır. Zəhərin müəyyən bir qismi əzələlərin içərisinə girərək burada toplanır. Belə ki, kirpi balığını və sürfələrini yemək digər canlılar üçün olduqca təhlükəlidir.
Kirpi balığı həm düşmənlərini uzaqlaşdırmaq üçün xüsusi dizayn edilmiş bədən quruluşuna, həm də bunları lazımi anda istifadə etməyi təmin edən reflekslərə sahibdir. Halbuki ağlı və şüuru olmayan bu canlının öz bədənində