Hörmətli Adnan Oktarın 11 oktyabr 2012-ci il tarixli söhbətindən Nur surəsi ilə əlaqədar verdiyi şərhlər.
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər" deyir. Baxmamalıdır. Yəni xəta nəticəsində bir qadının bir yeri açıldığında müsəlman ona baxmamalıdır. Bu haramdır. Yaxud qəsdən açsa belə yenə də baxa bilməz. "Və irzlərini qorusunlar". Yəni özünə halal olmayan bir adamla cinsi əlaqəyə girməsinlər. Ancaq özlərinə halal olan kimsəylə cinsi əlaqəyə girsinlər. İrzini qorusun demək; uşaqlıq yolunu qorusun deməkdir. Yəni möminlər cinsiyyət orqanlarını qorumağa diqqət yetirməlidir. Həm kişilər, həm də qadınlar qeyri-qanuni cinsi əlaqəyə girməməlidir. O biri cür olduqda fahişəlik olar, zina olar. "Zinətlərini göstərməsinlər". Bax Quran zinətin nə olduğunu açıqlayır. Mənə demaqoqluq etsən, sözünə qulaq asmaram. Mən Qurana qulaq asaram. "Ancaq özlüyündə görünənlər istisnadır". All