Rad surəsinin 33-cü, 34-cü və 42-ci ayələrinin təfsiri

2015-06-29 2

Hörmətli Adnan Oktarın 24 dekabr 2010-ci il tarixli reportajından Rad surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: 42-ci ayə. Şeytandan Allaha sığınıram. "Onlardan əvvəlkilər də hiylə qurdular". Deməli, vaxtaşırı olaraq müxtəlif dəccallar çıxır və hiylələr qururlar. Bu ilk dəfə olmur. Tarixdə bunlar həmişə təkrarlanır. "Halbuki, bütün hiylələr Allaha aiddir". Yəni Allah: "Dəccalı da, Mehdi (ə.s)-ı da Mən yaradaram. Süfyanı da, Mehdi (ə.s)-ı da Mən yaradaram. Dəccalı da, İsa (ə.s)-ı da Mən yaradaram" demək istəyir. "O, hər kəsin nə qazandığını bilir". Yəni Allah bilir. "Kafirlər çox yaxında biləcəklər ki, bu yurdun sonu kimindir". Əbcədi şəddəsiz 1990-cı, şəddəli olaraqsa 2074-cü ili verir. İslam əxlaqının geniş şəkildə yayıldığı dövrlərdir, inşaAllah. Bax: "Bu yurdun sonu kimdir", yəni dünya yurdunun sonu kimindir. Dünyanın bir sonu var, "sonu kimindir?" deyir. Kafirlər, "yəni ateistlər, darvinistlər, m