Tövbə surəsinin 55-ci və 91-ci ayələrinin təfsiri

2015-06-22 9

Hörmətli Adnan Oktarın 19 noyabr 2012-ci il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Bəli, münafiqlər orada oturmağı istəyirlər. Mübarizə aparmaq istəmirlər. Allah bu əxlaqsız xüsusiyyətlərini vurğulayır.

Şeytandan Allaha sığınıram. Tövbə surəsi, 55-ci ayə. "Onların nə mallarına, nə də övladlarına göz dikmə". Onsuz da adamlar həmişə mal və övlad arxasınca qaçırlar. Hər kəs: “Kefimizə baxaq, bol pul qazanaq, ticarətimizlə məşğul olaq” deyir. Allah İslam Birliyininin qurulmasını və Özünə aşiq olmağımızı istəyir. “Yox, biz belə xeyli rahat olarıq” deyir. Olmazsan, sürünərsən.

"Onların nə mallarına, nə də övladlarına göz dikmə. Allah bunlarla, ancaq onlara dünyada əzab vermək", necə?. Malı üçün dərdə düşür, çek ödənilmədi, qəbz ödənilmədi, mallar da gəlmədi deyərək əsəbləri pozulur, xəstə olur. Övladı olur, övladı üçün də, aha məktəbdən qayıtmadı, bunu etmədi, onu etmədi, dərslərini necə öyrənəcək?. Öyrə