Rad surəsi, 4-cü ayənin təfsiri

2015-06-22 6

Hörmətli Adnan Oktarın 24 noyabr 2012-ci il tarixli söhbətindən Rad surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Allah Rad surəsinin 4-cü ayəsində: ''Yer üzündə bir-birinə yaxın qonşu qitələr, üzüm bağları,” deyir. "Üzüm bağları'', Allah ən birinci üzümün adını çəkir. Həqiqətən üzüm çox gözəldir. Mən bağ-bağça kimi bir yer görən kimi, dərhal ora bir üzüm əkdirərəm. "Üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır", şeytandan Allaha sığınıram, "amma verdikləri məhsulun miqdarına və ləzzətlərinə görə onların birini digərindən üstün edirik''. Həqiqətən heç bir əlaqəsi yoxdur. Bütün meyvələr bir-birindən mükəmməldir. Bir yerdə tamam fərqli tamda bir qovun, digər bir yerdə tamı fərqli bir qarpız, başqa bir yerdə isə tamı fərqli bir çiyələk çıxır, amma hamısı palçığın içində yetişir. Portağallar, narlar, üzümlər, əriklər, albalılar, hamısı biri-biri