Furqan surəsinin 63-67-ci ayələrinin təfsiri

2015-06-21 1

Hörmətli Adnan Oktarın 9 dekabr 2012-ci il tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar verdiyi şərhlər.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Furqan surəsi, 63-cü ayə. "O Rəhman olan Allahın qulları", yəni həqiqi müsəlmanlar, “yer üzündə təvazökarlıqla gəzər”, yəni təvazökardırlar, rahatdırlar, səmimidirlər, artistlik etməzlər, qürurlu olmazlar, özlərini ağır xoca, molla və övliya kimi aparmazlar. Kövrək səsli, xüsusi, orijinal bir adam görünüşü verməzlər. Bəs nə edərlər?. Normal müsəlman kimi səmimi davranarlar. Baxın: "Onlar yer üzündə təvazökarlıqla gəzər" deyir. Alçaq könüllü, normal rəftarlı, mehribandırlar "və cahillər onlara xoşagəlməz bir söz dedikdə: “Salam!” deyərlər". Böhtan atacaqlar, mübarizə aparmağa çalışacaqlar, çirkin sözlər deyəcəklər, min təhqir bir para olacaq, bəs müsəlman nə deyəcək?. "Sizə salam olsun" deyib uzaqlaşmalıdır, onlara baş qoşmamalıdır.