Hörmətli Adnan Oktarın 28 dekabr 2010-ci il tarixli reportajından Fussilət surəsi ilə əlaqədar verdiyi izahlar.
ADNAN OKTAR: Fussilət surəsinin 36-cı ayəsində deyilir, şeytandan Allaha sığınıram: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə", yəni şeytanın tərəfdarlarından, şeytana tabe olanlardan, şeytanın əmrinə riayət edənlərdən, şeytana gizli və ya açıq xidmət edənlərdən, iblislərdən vəsvəsə gəlsə. Cahil insanlar internetdə, radioda, televiziyada hər hansı bir yerdə çıxış edib bir şeyə təhrik etsə, məsələn, müsəlmanların arasını vurub, onların Türk-İslam Birliyinə aid fikirlərini məhv edib, İslam Birliyini aradan qaldırmağa, sevgini, sülhü, qardaşlığı, məhəbbəti yox etməyə, müsəlmanların arasına başı açıq, başı bağlı deyə fitnə salıb, eləcə də şiə-sünni deyib ayrıseçkilik aparıb onları bir-birinə qarşı çıxmağa səy göstərsələr, bir sözlə, "şeytandan bir vəsvəsə gəlsə", onda, “Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir", İnşaAllah. Əlbəttə ki, biz burada