Hörmətli Adnan Oktarın 6 noyabr 2012-ci il tarixli reportajından Nəml surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: Hz. Süleyman (ə.s) deyir ki, Hüdhüdə: "Baxaq görək, sən doğru deyirsən" Yəni birindən bir xəbər gələndə dərhal bundan əmin olmaq olmaz. Nə deyir? "Baxaq görək doğru deyirsən" Elə deyilmi? Yəni kor-koranə inanmaq olmaz. Araşdırmaq lazımdır. "Yoxsa yalançılardansan? Mənim bu məktubumu apar onların yanına at." Deməli, təbliğ poçta ilə də olar, kitab göndərərək də olar, uzaqdan da olar. Mütləq getmək şərt deyil. "Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur" Çünki bir az fikirləşməli, oxumalıdırlar. Yəni, kitabı, bir yazını verər-verməz gedib dərhal "qənaətin nədir?" soruşulmamalıdır. Bir az düşünməkləri, araşdırmaqları üçün uzaqlaşmalı, bir az uzaqda dur və vaxt verilməlidir. "…Bir gör nə cavab verəcəklər!" Yəni necə reaksiya göstərəcəklər? Burada, Quran, insanları analiz etməyin, ha