Ənkəbut surəsi 68-69-cu ayələrin təfsiri

2015-04-04 1

Hörmətli Adnan Oktarın 15 mart 2013-cü il tarixli söhbətindən Ənkəbut surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Ənkəbut surəsi 68-ci ayə. Ceylan xanım buyurun.

CEYLAN ÖZBUDAK: Şeytandan Allaha sığınıram: "Allaha qarşı yalan uyduran və yaxud özünə haqq gəldikdə onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yermi yoxdur?" (Ənkəbut surəsi, 68)

ADNAN OKTAR: "Allaha qarşı yalan uyduran" nə deməkdir? Peyğəmbər (s.ə.v) belə dedi deyə hədis uydurar, Allah adına yalan danışar. Bu haramdır. Quranda Allah bunu bildirir. "Özünə haqq gəldikdə onu yalan sayan kəsdən." Məsələn, Quranın hökmünü deyirik, onu da yalan sayırlar. “Elə bir şey yoxdur” deyirlər. Allah belə deyir deyirik, “xeyr, elə bir şey yoxdur” deyirlər. Allah, "Quran kifayətdir deyir” deyirəm. “Yox, elə bir şey yoxdur” deyirlər. Onu da yalan sayırlar. Allah: "...Daha zalım kim ola