Hörmətli Adnan Oktarın 15 mart 2013-cü il tarixli söhbətindən Maidə surəsi ilə əlaqədar şərhləri.
ADNAN OKTAR: "Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.” (Maidə surəsi, 87) Bu xurafatçılara Allahdan bir təhdiddir. Xurafatçıların əsas xüsusiyyəti nədir? Həmişə gözəl olan şeyləri haram edərlər. (Bunlar) dində həddi aşanlar və ya məlumatı olmayanlardır. Məlumatsızca edənləri tənzih edirəm amma qəsdən edənlər ayənin hökmünə girər. Əlbəttə ki, təqdir Allahındır, bəlkə bu ayənin hökmü onlara da aiddir. Çünki bir qisim insanlar məlumatsızlıqdan və yaxud pərəstişliyindən (dində hədinni aşdığından), xurafatçılığından gülməyi haram hesab edir. Gülmək niyə haram olsun? Və yaxud musiqi dinləmək, Allahın halal etdiyi təmiz, gözəl geyinmək niyə haram olsun?