Fatir surəsi, 24, 33-35, 25-26-cı ayələrin təfsiri

2015-04-04 2

Hörmətli Adnan Oktarın 18 iyul 2013-cü ildəki söhbətindən Fatir surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Fatır surəsi, 24: "Doğrudan da, Biz səni haqla müjdə verən və qorxudan (xəbərdar edən) bir Peyğəmbər olaraq göndərdik." Allah, Allah, 1983-cü il tarixini verir. Diqqət edin, "Biz səni haqla," deyir Allah. Haqq nə deməkdir? Quran, Quran əxlaqı, dürüstlük, səmimiyyət, yaxşılıq, gözəllik, şəfqət, mərhəmət yaxşı olan hər şey. "Haqla müjdə verən" yəni, hz. İsa Məsih (ə.s) müjdəsi, hz. Mehdi (ə.s) müjdəsi, İslam Birliyi müjdəsi, cənnət müjdəsidir. "Və qorxudan (xəbərdar edən) olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona  qorxudan (xəbərdar edən) bir peyğəmbər gəlmiş olmasın." (Fatir surəsi, 24) Allah, Allah, heyrətləndiricidir. Bunun əbcədi də 2026-cı il tarixini verir. Biri 1983, bir də 2026-cı ilə işarə edir. Biri başlanğıc, o birisi isə nəticəsidir. "Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın."