Quranda inkarçılara edilən təbliğdə göstərilməli olan üslub ilə bağlı ayələrin təfsiri

2015-03-31 14

Hörmətli Adnan Oktarın 1 avqust 2013-cü ildəki söhbətindən Quranda inkarçılara edilən təbliğdə göstərilməli olan üslub ilə bağlı ayələrin təfsirinə aid izahları.


(Mutəffifin surəsi, 12 və Muddəssir surəsi, 51)

ADNAN OKTAR: Məsələn, Mutəffifin surəsi, 12-ci ayədə belə buyrulur: "Amma bunu, azğın günahkardan başqa, heç kəs yalan hesab etməz." Məsələn, bir adam birini öldürür, asır, kəsir, inkar edir. Allah bu ayə ilə buna, azğınlığa işarə edir. Azğınsansa azğınsan, bəs niyə inkar edirsən? Adam öldürən, ev yıxan, ortalığı qarışdıran, azğındır. Azğına, azğın deyir Allah. Bunda heyrətlənəcək nə var ki? "Günahkardan başqa heç kim yalan hesab etməz" deyir Allah. Yəni, Allah, insanlar  inkar etdikdə günaha batacaqlarını bildirir. İnkarın günah olması dinin əsaslarındandır. Mömin, onsuz da günahdan uzaq durmalıdır və bunda heyrətlənəcək bir şey yoxdur.

Müddəssir surəsi, 51-ci ayədə Allah belə buyurur: "(O eşşəklər ki) aslandan hürküb qaçarlar!." Bu