Furqan surəsi, 33, 41, 30-cu ayələrin təfsiri

2015-03-31 2

Hörmətli Adnan Oktarın 3 mart 2013-cü il tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram, Furqan surəsi, 33: "Onların sənə gətirdikləri elə bir nümunə (misal) yoxdur ki" yəni nə edirlər etsinlər-"(ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək..." “Mükəmməl açıqlayıram”-deyir Allah.

41-ci ayə: "Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər:) “Budurmu Allahın elçi göndərdiyi kəs?” Yəni, “Allahın göndərdiyi Mehdi budur? deyərlər”-deyir Allah ayədə. Bütün Mehdilərə lağ etmişdilər. Bütün Peyğəmbərlərlə də lağ etmişdilər. "İstehza etdikləri (əzab) onları bürüyəcəkdir." (Zumər surəsi, 48) deyir Allah. Yəni, sonda məğlub olarlar. Bu, onların ağılsızlığından və axmaqlığından qaynaqlanır. Yəni, Peyğəmbərə, Mehdilərə lağ etmək axmaqlıq əlamətidir. Çünki, axmaq deyəndə axmağın bir əlaməti olar, elə deyilmi? Yüz bir əlamətindən biri də budur. Peyğəmbərl