Maidə surəsi, 90-cı ayənin təfsiri

2015-03-31 3

Hörmətli Adnan Oktarın 8 mart 2013-cü il tarixli söhbətindən Maidə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, dik qoyulmuş daşlar da, fal oxları"-yəni fal baxmaq-"da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (Maidə surəsi, 90) Dəqiq, möhkəm ayədir, üstüörtülü deyil. İçki, qumar dəqiq bildirilib, eyham deyil (məcazi mənada deyil). “Dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir" Yəni, "şeytan bununla sizi məhv edər, əsla bunlara yaxınlaşmayın"-deyir Allah. Quranda eyhamla (məcazi mənada, mütəşabeh) hökm varmı? Yoxdur. Görürsünüz ki, möhkəm ayədir, indi bu hökmü heç bir şəkildə dəyişdirə bilməzlər.

 

Free Traffic Exchange