Furqan surəsi, 40-41, 52 ayələrinin təfsiri

2014-10-15 9

Hörmətli Adnan Oktarın 16 fevral 2013 tarixli söhbətindən Furqan surəsi ilə əlaqədar şərhlər.

Adnan Oktar: Allah Furqan surəsi 40-ci ayədə: -“Məkkə müşrikləri bəla yağmuru düşüb viran qalmış şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmişdilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar”-deyir. Məsələn, Rusiyada bəla yağmuru oldu. Allah: -“Məgər onlar onu görməmişdilər?”-deyir. Yəni, Allah bundan bir hikmət, bir məna, bir düşüncə tərzi əldə etmirdilər deyir. “Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs?”, həmişə eyni qaydanı görürük, “Onlar səni gördükdə” deyir. “Ancaq sənə lağ edir”. Bəs hz. Mehdi (ə.s)-a qarşı nə edəcəklər?. Hz. Mehdi (ə.s)-a da öz o quru beyinləri, qoz beyinləri, hətta qozdan daha kiçik beyinləri ilə, öz ağıllarınca lağ edəcəklər. “Və deyirlər: Budurmu Allahın elçi göndərdiyi kəs?”. Çünki hamısına deyiblər. Allah: -“Belə olduqda sən kafirlərə baş əymə və onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!”-deyir. Yəni, “cəhd et, səy göstər və İslamı təbliğ et!”. Baxın, “sən kafirlərə baş əymə” deyir. Küfrə uyanlara, kafirlərə, Allaha inanmayanlara, darvinistlərə, materialistlərə, bir sözlə, Quran xaricində olanlara itaət etmə deyir. “Onlara qarşı bununla (bu Quranla) böyük bir cihad et!”. İslamı və Quranı böyük bir səy göstərərək təbliğ et deyir. Bəs bunun əbcədi neçədir?. Yenə də təkcə bir ədəd dəqiq tarix verir ki, o da 1979-cu ildir. Qardaşım daş belə olsa buna dözə bilməz. Baxın, Allah dəqiq tarix verir ki, bu da 1979-cu ildir. 1979-cu il hz. Mehdi (ə.s)-ın dəqiq zühur etmə tarixini verir. Qardaşım bu 1976-cı il və ya 1927-ci il ola bilərdi, lakin dəqiq 79-cu ildir. Yəni, hz. Mehdi (ə.s)-ın zühurunun vaxtı təyin edilmişdir. Quran vaxtını, yəni dəqiq tarixini verir.