Ənfal surəsi, 73-cü ayənin təfsiri

2014-10-05 15

Hörmətli Adnan Oktarın 25 mart 2013-cü il tarixli söhbətindən Ənfal surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Merve Sultan hocam, zəhmət olmasa 73-cü ayəni oxuyun. Şeytandan Allaha sığınıram.

MERVE BÜYÜKBAYRAK: Şeytandan Allaha sığınıram. Ənfal surəsi, 73-cü ayədə deyilir: “Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər”

ADNAN OKTAR: İnkar edənlər bir yerdə toplanıb, ittihad edirlər. Möminlər də ittihad edirlər. Möminlərin ittihadında inkar edənləri də qazanmaq düşüncəsi vardır, inşaAllah. Amma bu ayəyə görə müsəlmanların ittihad etməsi, birləşməsi çox açıq şəkildə fərz buyrulmuşdur. Allah: -  “əksinə olsa bəlaya düçar edərəm  ” və   “məhv olarsınız”  -de yir. Allah: - “aranıza fitnə salaram” -deyir, “f  ə sad törədərəm”-deyir. Bax, İslam aləmi təxribata məruz qaldı və hər yer fitnə ilə qaynayır. Allah: -“amma İttihad etsəniz fitnəni də, fəsadı da aradan qaldıraram”-deyir, “iki bəlanı da üstünüzdən götürərəm. Əksinə olsa bu bəlalar sizi təqib edər”-deyir. Müsəlman aləmi 100 ildən bəri bu bəlalarla əlaqədədir. Hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-a tabe olduqlarında bu bəla bitəcək, inşaAllah.