Tövbə surəsi, 107-109 ayələrinin təfsiri

2014-10-04 19

Hörmətli Adnan Oktarın 4 aprel 2013-cü il tarixli söhbətindən Tövbə surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Tövbə surəsi, 107-ci ayədə buyurulur. Şeytandan Allaha sığınıram. “Müsəlmanlara zərər vurmaq, inkarı möhkəmləndirmək”, bax PKK-nı çox yaxşı izah edir. “… zərər vurmaq”, məhz oranı bombalayar, buranı dağıdar, filankəsi də şəhid edər. “…inkarı möhkəmləndirmək”, yəni darvinist, materialist təhsil verməklə, Allahı inkar edərək bunu yaxşı şəkildə gücləndirmək; “…möminlərin arasına təfriqə salmaq”, bax, Lazistan, Çərkəzistan, Kürdüstan və Türküstan, yəni Türkiyəni parça-parça etmək; “…əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün”, bəs Allaha və Onun elçisinə qarşı müharibə edən, döyüşən kimdir? PKK-dır. Dayanır və onların hücuma keçməsini gözləyir. “…Məscid tikənlər”, həqiqətən də yeni bir məscid tikdiyini görürsən, lakin bu fərqlidir, PKK məscididir. “PKK-lılar gəlsin, burada namaz qılsınlar”-deyir. “…Biz yaxşılıqdan başqa bir şey istəmədik – deyə and içəcəklər”-deyir. “Biz Türkiyənin sağlam olmasını, sülh içində yaşamasını və demokratiya istəyirik, başqa bir şey istəmirik”-deyə hələ bir də and içir. “Elə bir şey yoxdur, yalnız dinclik, sülh və qardaşlıq olsun deyə gəldik. Müharibə etmək istəyənlər var, lakin biz sülh istəyirik və bunun üçün gəldik”-deyir. Sən əlində ağır pulemyot ilə, “sülh istəyirəm”-deyib, on minlərlə əsgərimizi, aslanımızı şəhid etmisən. Allah: -“Allah şahiddir ki, onlar yalançıdırlar”-deyir.

"Sən bunun (belə bir məscidin) içində heç bir zaman dayanma."  Yəni belə bir birliyin içində dayanma .  “İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir”, bəs burada hansı məsciddir? Bu İslam Birliyi məclisi, İslam Birliyi məscidi, bütün müsəlmanların toplandığı məsciddir. Allah: -“Orada təmizlənməyi sevən”, yəni əskik və mənfi cəhətlərini düzəltmək istəyən, “kişilər vardır”, həmçinin “Allah da təmizlənənləri sevir”-deyir. (Tövbə surəsi, 108). Yəni, Allah: -“yanlışlıqdan xilas olan, xəta etməkdən xilas olanları sevər”-deyir.

“Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır”, bəs nəyin üzərində qurulması lazımdır?. Allah qorxusu və Allahın rizası üzərində qurması lazımdır. Əgər bir sistem yaratmaq düşünürsənsə, bir yaxşılıq etmək istəyirsənsə, onun təməlində mütləq Allah qorxusu və Allahın rizasının olması lazımdır. “Yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?”-deyilir. “O biri cür etsəniz sistemi dağılacaq bir uçurumun kənarına qurarsınız”-deyir. Allah: -“Özünüz də məhv olar və cəhənnəmin dibinə gedərsiniz”-deyir. “Allah zalım qövmü doğru yola yönəltməz” (Tövbə surəsi, 109). Zülm olan yerdə hidayət də olmaz.